ABŞ-dan Türkiyəyə F-16 təklif məktubu

13:36 - 29 Fevral 2024

ABŞ-dan Türkiyəyə F-16 təklif məktubu

Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ-dan 40 yeni F-16 Blok-70-lərin tədarükü və mövcud 79 F-16-nın modernləşdirilməsi üçün təklif məktubu aldığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Nazirlik araşdırmaya başladığını bildirib.

Milli Müdafiə Nazirliyi mənbələri F-16-ların alınması və modernləşdirilməsi ilə bağlı son vəziyyəti dəyərləndirib.

Mənbələr, Hava Qüvvələri Komandanlığının ehtiyacları istiqamətində 40 ədəd yeni F-16 Blok-70 təyyarəsinin alınması və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi ilə onlara aid döyüş sursatları, materialları və avadanlıqları tələbi ilə bağlı ABŞ-ın göndərdiyi “Təklif layihəsi və Qəbul məktublar”nın Nazirliyə çatdığı və aidiyyəti bölmələr tərəfindən lazımi müayinə və qiymətləndirmələrə başladığı qeyd edib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin