Bir foto məhkəmənin gedişatını dəyişdi - 1 milyon 393 min manat itirdi

14:32 - 29 Fevral 2024

Bir foto məhkəmənin gedişatını dəyişdi - 1 milyon 393 min manat itirdi

Kamila Qrabska adlı 36 yaşlı qadın 2017-ci ildə keçirdiyi avtomobil qəzasından sonra işləyə bilmədiyini iddia edərək təqsirləndirilən şəxsdən təxminən 650 min sterlinq (1 milyon 393 min manat) tələb edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, lakin təqsirləndirilən şəxsin sübut kimi məhkəməyə təqdim etdiyi foto işin gedişatını dəyişib.

Beləki, Qrabska avtomobil qəzası keçirdikdən sonra “əlillik” vəziyyəti ilə üzləşdiyi, ağrısını əsas gətirərək beş ildən artıq işləyə bilmədiyi, uşaqları ilə oynaya və ev işləri ilə məşğul ola bilmədiyi üçün qarşı tərəfdən təxminən 650 min funt sterlinq tələb edib. Lakin qarşı tərəf məhkəmədə 8 yanvar 2018-ci il tarixli fotonu sübut kimi təqdim edib. Fotoda Qrabskanın “ Yolka atma yarışması”nda iştirak edtiyi görünür.

Hakim Qrabskanın fotosunun qərara gəlməyə kömək etdiyini bildirib və bu əsasda işə xitam verib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin