İsrail Qəzzada kömək gözləyənləri vurdu - Ən azı 70 ölü, 250 yaralı

15:05 - 29 Fevral 2024

İsrail Qəzzada kömək gözləyənləri vurdu - Ən azı 70 ölü, 250 yaralı

Qəzzada Nablusi qovşağının yaxınlığında humanitar yardım almağı gözləyənlərin İsrail tərəfindən güllələndiyi açıqlanıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücum nəticəsində ən azı 70 nəfərin öldüyü, 250 nəfərin yaralandığı bildirilib.

Qəzza hökuməti İsrail ordusu Qəzzada humanitar yardım gözləyən fələstinliləri "qəsdən, planlı və soyuqqanlılıqla öldürüb" deyə bəyan edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin