ÜST-nin baş direktoru Azərbaycana gələcək

13:28 - 6 Mart 2024

ÜST-nin baş direktoru Azərbaycana gələcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus XI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

 

Manset.az xəbər verir ki, Qebreyesusun pandemiya və milli səhiyyənin potensialının gücləndirilməsi müqaviləsi mövzusunda məruzə edəcəyi gözlənilir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu martın 14-16-da keçiriləcək.

Tədbirdə 400-ə yaxın dünyaşöhrətli nümayəndə, eləcə də keçmiş və indiki dünya liderləri, nazirlər və Nobel mükafatçıları iştirak edəcək.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin