Baş nazir dünyaya sülh gətirəcək şəxsin adını AÇIQLADI

19:38 - 9 Mart 2024

Baş nazir dünyaya sülh gətirəcək şəxsin adını AÇIQLADI

Martın 9-da Macarıstanın baş naziri Viktor Orban Floridada ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşüb. Söhbət Mar-a-Laqodakı iqamətgahda baş tutub və bir saata yaxın davam edib.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, Orban hesab edir ki, Tramp Ukrayna və Yaxın Şərqə sülh gətirə biləcək şəxsdir. Çünki onun hakimiyyəti dövründə bu bölgələrdə münaqişə olmayıb.

“Bu gün prezident Trampı ziyarət etmək çox xoş idi. Bizim dünyada hörmət edilən və sülh gətirə bilən liderlərə ehtiyacımız var. O, onlardan biridir! Qayıdın və bizə sülh gətirin, cənab prezident!”, - deyə Orban Trampla görüşdən sonra öz səhifəsində yazıb. 

Öz növbəsində, Amerika dövlətinin keçmiş başçısı Orbanı “mübahisəsiz fiqur” və “fantastik lider” adlandırıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin