“Bayer” - “Qarabağ” matçına getmək istəyənlərin nəzərinə

22:47 - 11 Mart 2024

“Bayer” - “Qarabağ” matçına getmək istəyənlərin nəzərinə

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) bu gün saat 22:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq. 

 

Manset.az  xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Məlumata görə, biletin qiyməti 31 manat təşkil edir.

Qeyd edək ki, qarşılaşma martın 14-ü “BayArena”da keçiriləcək.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin