Ermənistanın Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi Birliyində (AİB) olması ilə bağlı qərar referendum tələb edir.
Manset.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
O qeyd edib ki, hakimiyyətin öz ideyası ola bilər, amma qərar xalqın ixtiyarındadır.
“Bu vəziyyətdə biz müxtəlif ssenariləri nəzərdən keçiririk. Cəmiyyət üçün hazır təklifimiz olduqda, biz bunu təqdim edəcəyik”, - Paşinyan bildirib.