5 ukraynalı uşaq rus əsirliyindən qaytarıldı

16:16 - 13 Mart 2024

5 ukraynalı uşaq rus əsirliyindən qaytarıldı

Rusiya-Ukrayna müharibəsi davam edərkən 5 ukraynalı uşağın rus əsarətindən azad edilərək ölkələrinə qaytarıldığı açıqlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, geri qaytarılan uşaqlara psixoloji, tibbi və sosial dəstək göstəriləcək.

“Müharibə Uşaqları” təşkilatının məlumat bazasına əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlindən ən azı 19500 uşağın qaçırıldığı təsdiqlənib və onlardan 400-dən azı evlərinə qaytarılıb.

Qubernator Prokudin bildirib ki, 2024-cü ilin əvvəlindən Xerson vilayətinin işğal olunmuş ərazilərində rus əsirliyindən 35 uşaq geri qaytarılıb.

Əfsanə Rəcəb

Msnşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin