Rusiyanı Ermənistan və Gürcüstanla birləşdirən yol bağlandı

09:18 - 17 Mart 2024

Rusiyanı Ermənistan və Gürcüstanla birləşdirən yol bağlandı

Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən Gürcüstan Hərbi yolu əlverişsiz hava şəraiti ilə əlaqədar bağlıdır.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, əlverişsiz hava şəraitinə görə martın 15-də hər iki istiqamət üzrə yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Rusiya tərəfdə yolun açılmasını gözləyən yük maşınlarının sayı 979-a çatıb.

Qeyd edək Ki, Gürcüstan Hərbi yolu hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin