Sibel Can musiqimizə qulaq asıb AĞLADI - VİDEO

07:00 - 23 Mart 2024

Sibel Can musiqimizə qulaq asıb AĞLADI - VİDEO

Tanınmış türkiyəli müğənni Sibel Canın çəkilən videosu maraq doğurub.

 

Manset.az Milli.Az-a istinadən  xəbər verir ki, sənətçi paytaxt Bakının qonağı olan zaman restoranların birində qonaq olub. Milli musiqimizə qulaq asan Sibel Canın kövrəlməsi nəzərdən qaçmayıb.

Sözügedən görüntülər müğənninin xəbəri olmadan kənardan qeydə alınıb. 

Xatırladaq ki, Sibel Canın bir müddət öncə adı mahnı qalmaqalında hallanmışdı. Onun səsləndirdiyi "Tamam o zaman" mahnısının plagiat olduğu idda olunub. Bəstə mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin oxuduğu "Gülüb getdi" mahnısının bənzəridir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin