"Neftçi"nin Moskva "Spartak"ı ilə keçirəcəyi matçın hakimləri müəyyənləşdi

13:06 - 23 Mart 2024

"Neftçi"nin bu gün Moskva "Spartak"ı ilə keçirəcəyi yoxlama matçının hakimləri müəyyənləşib.

 

Manset.az xəbər verir ki, "Neftçi"nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Neftçi Arena"da baş tutacaq qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq.

Ona Namiq Hüseynov, Kamran Bayramov və Kamranbəy Rəhimov kömək edəcəklər. VAR hakimləri isə Cavid Cəlilov ilə Müslüm Əliyev olacaqlar.

Qarşılaşma Moskvada baş verən terror aktı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayacaq.

Qeyd edək ki, "Neftçi" - "Spartak" matçı saat 18:00-da başlayacaq.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin