Şəmkirdə ağır qəza - Ölən var

09:59 - 24 Mart 2024

Şəmkirdə ağır qəza - Ölən var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2106", “VAZ 2107" və digər avtomobil toqquşub.

Qəza zamanı 1990-ci il təvəllüdlü Əhmədov Elçin Elxan oğlu hadisə yerində ölüb.1996-ci il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu, 1998-ci il təvəllüdlü İmanov Seymur Nəcəf oğlu və bir qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin