Kral III Çarlz Muxtar Babayevi qəbul etdi
27 İyul 2024
15:49 - 24 Mart 2024
Avropa çempionatında iştirak edəcək çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qızlardan ibarət Azərbaycan yığması yarışa hazırlığını Türkiyədə davam etdirəcək.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından bildirilib.
Milli komanda bu məqsədlə bu gün Antalya şəhərinə yola düşüb.
Rusiyalı mütəxəssis İqor Olefirin rəhbərlik etdiyi kollektiv sözügedən şəhərdə 14 gün təlim-məşq toplanışı keçəcək. Yığma bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.
Təlim-məşqlərə 7 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.
Qeyd edək ki, "Avro-2024" (U-18) bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin