"Röya ilə Elnarənin söhbətlərinə qarışmıram" - Natavan

23:20 - 24 Mart 2024

"Röya məni villasında qonaq edəndə yəqin ki, Elnarəni çağırmayıb. Bu haqda mən dəqiq bilmirəm. Amma Röya məni evinə qonaq dəvət etmişdi".

 

Manset.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi qonaq olduğu "10-da görüşək" verilişində deyib.

Sənətçi gah küsüb, gah da ki barışan keçmiş "W-trio"nun üzvləri Xalq artisti Röya Ayxan və Elnarə Xəlilova ilə münasibətlərindən söz açıb.

Natavan bildirib ki, həm Röya, həm də Elnarə ilə münasibəti yaxşıdır və adıçəkilən həmkarlarının söhbətlərinə qarışmır:

"Mən Röya ilə Elnarənin söhbətlərinə qarışmıram Mənim ümumiyyətlə hamı ilə münasibətim yaxşıdır. Mənim heç Röya ilə münasibətim pozulmamışdı. Zaman-zaman onlar özləri məndən inciyib, küsürlər sonra isə biraz vaxt keçir yaddan çıxır. Mən heç bilmirəm problem nədir (gülür). Hərəsinin "gəlib-getməkləri" var. Biz üçümüz hər dəfə görüşəndə bir-birimizə baxıb gülürük. Dünən nəsə olubsa da belə bu gün heç nə olmamış kimi görüşə, salamlaşa bilirik. Gülməli situasiya yaranır. Mən bütün bunlara isə ciddi yanaşmıram, nə də onlara qarışıram".


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin