Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış TARİXİ QƏLƏBƏ

12:17 - 22 Mart 2024

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış TARİXİ QƏLƏBƏ

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, bu tarixi qələbə son 18 ilə yaxın müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Təbii ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə tarix yazıb. Eyni zamanda, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu.

Bu tarixi qələbə Azərbaycanın gücünün də göstəricisi oldu. Bu güc Azərbaycanın “Vətən Müharibəsi”ndə qələbəsindən sonra açıqca göründü. Tarixə nəzər yetirsək görərik ki, qələbə qazanan ölkələr müharibədən sonra iqtisadi çətinliklərlə qarşılaşırlar. Ancaq Azərbaycanda bu belə olmadı. Belə ki, müharibənin bitməsindən qısa bir müddət sonra artıq azad olunmuş ərazilərimizdə tikinti-bərpa işləri start götürdü. Azad olunmuş ərazilərimizdə standartlara uyğun yollar, körpülər çəkilir, kommunikasiya xətləri çəkilir, yaşayış və qeyri-yaşayış binaları tikilir.

Prezident İlham Əliyevin göstərişlərinə əsasən keçmiş məcburi köçkünlərin Zəngilan, Füzuli və Laçına geri dönüşü başlayıb.

Dövlət başçısının özünün də xüsusi nəzarət etdiyi yenidənqurma işləri sürətlə davam edir. Zamanla digər sakinlərin də öz doğma yurdlarına geri dönməsi təmin ediləcək.

Millət vəkili Pərvin Kərimzadə Manset.az-a açıqlamasında bildirib ki,  44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir:

pervin-kerimzade-dahi-shexsiyyet-heyder-eliyev-azerbaycan-xalqinin-yaddashinda-her-zaman-yashayacaqdir

“Tarix boyu torpaq itkilərinə məruz qalmışıq, əzəli Azərbaycan torpaqlarında Ermənistan adlandırılan dövlət qurulub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində bu mənfi tendensiyaya son qoyuldu. Son 200 ilin ən böyük qələbəsini qazandıq. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü - Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.
Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. 30 il ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin  Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına hesablanmışdı. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında reallaşdırılan islahatlar sayəsində Azərbaycan bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına yüksəldi. Özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu. Nəticə isə göz önündədir: 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi”. 

Deputat qedy edib ki, vətənin azadlığı uğrunda xalqımız bir yumruq kimi birləşdi və bu dəmir yumruq düşmənin başını əzdi:

İlham Əliyev Qubadlı və Zəngilan rayonlarında olub » Azərbaycan  Prezidentinin Rəsmi internet səhifəsi

“10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz, qan tökülmədən azad edildi.   Xalqımız Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla anır.  Nəyi, nə zaman və necə etməyin ən yaxşı nümunələrini göstərən dövlətimizin başçısı suverenlik və ərazi bütövlüyümüzün tam bərpası üçün zəruri addımları atdı. Vətən müharibəsindən sonrakı 3 il ərzində baş verən proseslər də bunu təsdiqləyir. Bütün təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənlik, prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndində Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırırdı və belə də oldu. Beləliklə, 3 il ərzində həyata keçirilən siyasət ötən il sentyabrın 20-də öz məntiqi sonluğu ilə yekunlaşdı.
Cənab İlham Əliyevin milli lider kimi böyüklüyü, uzaqgörənliyi və siyasi məharətinin qayəsini təşkil edən həqiqət ondan ibarətdir ki, O, böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işlədi, öz xalqına güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandırdı, bu məsələdə maneə olan güclərin müqavimətini sındırdı və tarixi ədaləti bərpa etdi. Milli lider xüsusiyyətlərinin və keyfiyyətinin daşıyıcısı olan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı uğurla başa çatdırdı”.

Pərvin Kərimzadə vurğulayıb ki, lokal antiterror tədbirlərindən sonra ölkəmizin hər qarış torpağında üç rəngli şanlı Azərbaycan bayrağı dalğalanır:

Prezident İlham Əliyev: İşğaldan azad edilmiş torpaqlarda qaldırılan  Azərbaycan bayrağı əbədi dalğalanacaq - AZƏRTAC

“2023-cü il sentyabrında təxminən 23 saat davam edən  antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin diz çökdürülməsi, separatizmə son qoyulması, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər, növbəti parlaq Qələbə idi. Qarabağda suverenliyini bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 8 Noyabr Zəfərini tamamlamış oldu.Ötən ilin 19-20 sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa edildi. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızı ucaltmaqla xalqımıza növbəti dəfə qürurlu anlar yaşatdı. Bu tarixi hadisə 100 illik ədalətsizliyə son qoydu. Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda Azərbaycan bayrağını ucaltmaqla dövlətimizin və xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi.Cənab Prezidentin dediyi kimi, gələcək nəsillər də tarixi Zəfərimizlə hər zaman fəxr edəcəklər.Artıq keçmiş məcburi köçkünlərimizin də yurd həsrətinə son qoyulub. Tezliklə, onların hamısı Böyük Qayıdış nəticəsində doğma torpaqlarına qovuşacaqlar”.  

Millət vəkilinin sözlərinə görə, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib:

Erməni vandalizmi cəzasız qalmamalıdır! - "İki sahil"

“Bütün yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur, tarixi, dini, mədəni abidələr, dövlət obyektləri tamamilə məhv edilib. Eləcə də, həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurulub. Yəni ermənilər işğal altında saxladığı ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib. Dağıntılara baxdıqda elə təsəvvür yaranır ki, sanki bu yerlərdən sivilizasiyadan kənarda qalan vəhşi tayfalar gəlib keçiblər. Təsəvvür etmək çətindir ki, işğaldan təmizlənən yaşayış məntəqələrində üçrəngli bayrağımızı ucaltmağa salamat bir tikili tapmaq belə mümkün deyildi. Yüzlərlə yaşayış məntəqələri tamamilə yerlə-yeksan edilib. Hansı ki, bu, ən böyük cinayətlərdən biridir.

Xüsusilə, insanlığa qarşı cinayətlər vurğulanmalıdır. Ermənilər müharibə dövründə günahsiz insanları kütləvi surətdə qətlə yetiriblər. Xocalı soyqırımı, eləcə də digər qətliamlar da bunun göstəricisidir. Bütün bunlar bəşəriyyətə qarşı, insanlığa qarşı cinayətlərdir, Ermənistanın törətdiyi bu əməllər müharibə cinayətləridir.44 günlük müharibədə də Ermənistan münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqla müharibə cinayətlərini İkinci Qarabağ savaşı zamanı da davam etdirib.  Ermənistan bütün bu kimi müharibə cinayətlərinə görə məsuliyyət daşıyır.Azərbaycan Prezidentinin beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların, maddi və mənəvi ziyanın hesablandığını, Ermənistanın beynəlxalq məhkəmələrə veriləcəyini, təzminat ödənilməsinin tələb ediləcəyini bildirməsi rəsmi İrəvanın bütün əməllərinə görə cavab verəcəyinin mesajıdır. Eyni zamanda, insanlığa qarşı cinayətlər cəzasız qalmayacaq. Mühaibə dövründə bu cinayətləri təprədənlərin bir qismi məhv edildi, bəziləri isə həbs olunub. Ermənilərin bu cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparılır. Həm dövlət, həm QHT-lər, həm də diasporumuz bu işlərlə məşğuldur. Məqsədimiz odur ki, həmin cinayəti törədənlərin hamısı ədalət məhkəməsində öz cəzalarını alsınlar. İnanırıq ki, belə də olacaq”.

Əfsanə Rəcəb

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin