"Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır" - Prezident
29 Aprel 2024
12:36 - 28 Mart 2024
İndoneziya parlamenti dünən paytaxtın Cakartadan Borneo adasına köçürülməsini təsdiqləyib və Cakartaya xüsusi status verəcək təklifi qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bataqlıqda tikildiyi üçün sürətlə çökən paytaxt Cakarta ölkənin "iqtisadi mərkəzi" elan edilib.
Borneo adasındakı yeni paytaxt isə Nusantaranın yenidən qurulmasının təxminən 32 milyard dollara başa gələcəyi gözlənilir.
Yeni paytaxt "ekoloji cəhətdən təmiz və yaşıl şəhər" kimi dizayn ediləcək.
Qeyd edək ki, əhalisi 11 milyonu keçən Cakarta hər il 25 santimetr çökür və yaxın gələcəkdə şəhərin əhəmiyyətli hissəsinin su altında qala biləcəyi bildirilir. Cakartada planlaşdırılmamış urbanizasiya və nəqliyyat sıxlığı ciddi problemləri yaranır.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin