Rusiya Moskva yaxınlığındakı terrorda "Ukrayna izi" tapdı

19:33 - 28 Mart 2024

Rusiya Moskva yaxınlığındakı terrorda

Rusiya İstintaq Komitəsi Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında baş verən terror aktına görə saxlanılan şəxslərin “Ukrayna millətçiləri ilə əlaqəsi”nə dair sübutlar əldə etdiyini açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İddiaya görə, müstəntiqlər terror aktını törədənlərin konsert zalına hücumun hazırlanması üçün Ukrayna ərazisindən “əhəmiyyətli miqdarda məbləğ” aldıqları barədə məlumatlara malikdirlər.

“Saxlanılan terrorçularla iş, onlardan götürülən texniki vasitələrin öyrənilməsi və maliyyə əməliyyatları ilə bağlı məlumatların təhlili nəticəsində onların Ukrayna millətçiləri ilə əlaqəsi barədə sübutlar əldə edilib. İstintaq terror aktının icraçılarının Ukraynadan cinayətin hazırlanmasında istifadə edilən xeyli miqdarda pul və kriptovalyuta alması ilə bağlı məlumatları təsdiqləyib”, - deyə qurum bildirib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin