İnvestorlarının milyardlarla dollar itirməsinə səbəb olan Kripto Kralının cəzası açıqlandı

10:24 - 29 Mart 2024

İnvestorlarının milyardlarla dollar itirməsinə səbəb olan Kripto Kralının cəzası açıqlandı

FTX kriptovalyuta birjasının qurucusu və keçmiş baş icraçı direktoru (CEO) Sam Bankman-Fried fırıldaqçılıq və çirkli pulların yuyulmasında mühakimə olunub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sam Bankman-Fried cinayət işində 25 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirilib ki, FTX müştəriləri 8 milyard dollardan çox pulunu itirib, Bankman-Fried bunu ört-basdır edib və FTX investorlarını aldadıb.

Prokurorlar Bankman-Fried-in 40 ildən 50 ilə qədər həbs edilməsini istəyib. Lakin müdafiə vəkilləri "bu, ilk dəfə zorakılıq olmayan cinayətdir" və "FTX müştərilərinə pullarının geri qaytarılacağını" əsas gətirərək, 5 ildən 6,5 ilə qədər həbs cəzası istəyiblər.

Hakim Lyuis Kaplan Bankman-Fridi 25 il müddətinə azadlıqdan məhrum edib.

Bildirilib ki, Bankman-Frid hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

15 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin