Kral III Çarlz Muxtar Babayevi qəbul etdi
27 İyul 2024
20:37 - 30 Mart 2024
Sabah Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ölkə ərazisində bir sıra qadağalar tətbiq olunacaq.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, sabah saat 06:00-dan 00:00-dək ölkənin hər yerində spirtli içkilərin satışı və istifadəsi qadağan edilib. Bununla yanaşı, əsasən kişilərin sıx toplaşdığı internet-kafe, çay evləri fəaliyyət göstərməyəcək. İstirahət mərkəzlərində isə yalnız yemək veriləcək.
Xatırladaq ki, seçkilərdə 34 siyasi partiya iştirak edəcək. Ümumilikdə 64 milyon 441 mindən çox şəxs səsvermə hüququna malikdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin