Türkiyədə bələdiyyə seçkiləri start götürüb

09:08 - 31 Mart 2024

Türkiyədə bələdiyyə seçkiləri start götürüb

Türkiyədə bələdiyyə seçkiləri başlayıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, seçkilərdə 30 böyük şəhərin bələdiyyə sədri seçiləcək.

Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, səsvermədə 61,4 milyon seçici iştirak edəcək.

Ölkənin əsas hissəsində seçkilər saat 08:00-da başlayıb 17:00-da başa çatacaq.

Türkiyə MSK-nın qərarına əsasən, səsvermə cədvəlində dəyişikliklər Ramazan ayının özəllikləri nəzərə alınaraq edilib. Bu dəyişiklər 81 vilayətdən 32-nə aiddir.

Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, seçkilərin təhlükəsizliyini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı, eləcə də könüllülər təmin edir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin