Daha əvvəl bir neçə dəfə siyasətə qoşulan, lakin uğursuz olan türkiyəli müğənni İbrahim Tatlısəs evlənəcəyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müğənni bu xəbəri İnstaqram hesabında paylaşıb.
Tatlısəs paylaşımda "Seçkidə uduzdum, evlənirəm. Eşitdik, eşitmədik deməyin. Salamlar. bütün subay insanlara, mən evlənirəm” deyib.
72 yaşlı Tatlısəsin kiminlə və nə vaxt evlənəcəyi hələlik məlum deyil.
Əfsanə Rəcəb
Manşet.az