WhatsApp-da tapılan Kanallar funksiyasını Google Chat platformasına əlavə edəcək

17:10 - 1 Aprel 2024

WhatsApp-da tapılan Kanallar funksiyasını Google Chat platformasına əlavə edəcək

Google, WhatsApp-a rəqib olaraq təklif etdiyi mesajlaşma xidməti Google Chat-a yenilik gətirir. İstifadəçilərin icma yarada və sevdikləri mövzu haqqında paylaşa biləcəyi yeni funksiya hazırda inkişaf mərhələsindədir.

 

Manset.az xəbər verir ki, Android Central saytında yer alan əbərə görə,  "Elanlar" adlı xüsusiyyət Google Chat istifadəçilərinə müəyyən mövzu ilə bağlı yazıların paylaşıldığı icmalar yaratmağa və orada öz məzmunlarını dərc etməyə imkan verəcək.

Yaradılan elan icmasında hansı üzvlərin paylaşa biləcəyini də müəyyən etmək mümkün olacaq. Bununla belə, birdən çox adamın icmada elan yerləşdirə bilməyəcəyi və ya bu funksiyanın icma sahibi ilə məhdudlaşacağı hələ də bəlli deyil.

Yeni xüsusiyyət X platformasında Android və Google-un məhsul və xidmətləri haqqında məlumat sızdırması ilə tanınan "AssembleDebug" adlı mənbə tərəfindən paylaşılıb. Onu da qeyd etmək yerinə düşər ki, Google hələ bunu rəsmi təsdiqləməyib.

AssembleDebug-da qeyd edilir ki,  "Google Chat sizə "Güncəlləmələri qruplarınızla yerləşdirməyə və paylaşmağa" imkan verəcək yeni "Elanlar" funksiyası üzərində işləyir."

Telegram və WhatsApp öz istifadəçilərinə “Kanallar” adlı funksiya təklif edir ki, bu da “Elanlar” ilə eyni məntiq üzərində işləyir və istifadəçilərə icmalar yaratmaq və istədikləri mövzuda öz auditoriyasına müraciət etmək imkanı verir.

Google Chat artıq istifadəçilərin eyni yerdə qrupla bir mövzu və ya komanda layihəsini müzakirə etmək üçün istifadə edə biləcəyi "Boşluqlar" adlı funksiyanı ehtiva edir.

Google sonuncu dəfə 2020-ci ildə mesajlaşma xidmətinə böyük yeniləmə etdi və adını Hangouts Chat-dan Google Chat-a dəyişdi.

Jalə

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin