Mart ayında Yunanıstanda temperatur rekordu: 28-31 dərəcə isti

17:42 - 1 Aprel 2024

Mart ayında Yunanıstanda temperatur rekordu: 28-31 dərəcə isti

2023-2024-cü illərdə qeydə alınan ən yüksək temperatur qışını yaşayan Yunanıstanda martın son 4 günündə temperatur rekordu qırılıb.

 

Manset.az Yunanıstan Meteorologiya İdarəsinə istinadən xəbər verir ki, martın 28-31-də ölkənin bir çox bölgəsində havanın temperaturu mövsüm normalarından yüksək olub.

Mart ayında indiyə qədər qeydə alınan ən yüksək temperaturu nəzərə alsaq, temperatur rekord həddə çataraq 30 dərəcəyə yaxınlaşıb.

Ən yüksək temperatur martın 31-də Livadiya şəhərində 29,8 dərəcə olub.

Afrika üzərindən gələn isti dalğasının gətirdiyi Afrika tozu ölkənin bir çox bölgəsinə təsir edib.

Mütəxəssislərin proqnozları isə sabah Afrikadan gələn isti havanın rekordlar qıracağı və temperaturun 30-31 dərəcəyə çatacağıdır.

Yunanıstandakı mütəxəssislər ötən həftə Afrikadan gələn “səhra tozunun” zəhərli və sağlamlığa zərərli olduğu barədə xəbərdarlıq etmişdilər.

Yunanıstan Sinə Xəstəlikləri Dərnəyindən verilən açıqlamada Afrikadan gələn “səhra tozunun” tərkibində polen, bakteriya və göbələklərlə birləşən kiçik hissəciklər olduğu və başda tənəffüs sistemi olmaqla insan sağlamlığı üçün zəhərli və zərərli bir qarışıq olduğu bildirilib. Və xüsusilə tənəffüs problemi olanların diqqətli olmaları qeyd edilib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin