İsrail İran səfirliyinin yaxınlığına raket atdı: diplomatlar öldü - YENİLƏNDİ

22:14 - 1 Aprel 2024

İsrail İran səfirliyinin yaxınlığına raket atdı: diplomatlar öldü - YENİLƏNDİ

İsrailin Suriyaya hava hücumu zamanı İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli generalı və onun müavini də ölüb.

 

Manset.az İran mediasına istinadən xəbər verir ki, ölənlər general Məhəmməd Rza Zahedi və onun müavini Hacı Rəhimidir.

Hücum nəticəsində həmçinin SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah İsrailin də öldüyü bildirilir.

Bu barədə məlumat yayan Suriya İnsan Haqları Müşahidə Qrupu SEPAH qüvvələrinin daha 6 üzvünün öldüyünü bəyan edib.

İranın Suriyadakı səfiri Hüseyn Əkbəri isə hücumda bir neçə iranlı diplomat və hərbi müşavirin həlak olduğunu söyləyib. Lakin o, adları açıqlamaqdan imtina edib.

"İsrailin bu hərəkəti İranın qəti cavabı ilə nəticələnəcək", - Hüseyn Əkbəri qeyd edib.

***

İsrailin İranın Dəməşqdəki səfirliyi yaxınlığında hava hücumu nəticəsində 6 nəfərin öldüyü barədə “Al Hadath” telekanalı məlumat yayıb.

 

Manset.az xəbər verir ki,  ölənlərdən biri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahididir.

İsrailin SEPAH-dan olan iranlı hərbi məsləhətçilərin yaşadığı Mezze məhəlləsinə raket zərbələri endirməsi nəticəsində Dəməşqdəki İran konsulluğunun binasının tamamilə dağıldığı, İran səfiri Hüseyn Əkbərinin və ailəsinin xəsarət almadığı yayılan məlumatlar arasındadır.

Qeyd edək ki, rəsmi Tehran hələlik bu məlumatları təsdiqləməyib.

***

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib.

 

Manset.az İran mediasına istinadən xəbər verir ki, İranın Suriyadakı konsulluq binası və İran səfirinin iqamətgahının yaxınlığına hava zərbəsi endirilib.

Məlumata görə, atılan raket İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı evə düşüb.

Nəticədə diplomatik missiyanın binasına ziyan dəyib.

Hücumda 6 nəfərin öldüyü bildirilir. Lakin hələlik rəsmi mənbələrdən bu informasiyanı təsdiqləməyib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin