Bayramda istirahətdə olanların evlərini talayan şəxs saxlanıldı - VİDEO

12:08 - 2 Aprel 2024

Bayramda istirahətdə olanların evlərini talayan şəxs saxlanıldı - VİDEO

Novruz bayramı günlərində insanların istirahətdə olmasından istifadə edərək evləri talayan şəxs saxlanılıb.

 

Manset.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb.

Naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib. Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb.

Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin