Çavuşoğlu Bakıya gəlir

16:28 - 3 Aprel 2024

Çavuşoğlu Bakıya gəlir

Türkiyənin sabiq xarici işlər naziri, hazırda Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Bakıya gəlir.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, M. Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti 3-5 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq.

Nümayəndə heyətinin səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcəyi gözlənilir. Həmçinin aprelin 4-ü Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunacaq.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin