Blinkenin təyyarəsi xarab oldu

01:44 - 4 Aprel 2024

Blinkenin təyyarəsi xarab oldu

ABŞ Dövlət katibi Antoni Blinkenin göyərtəsində səfər etdiyi "Boeing 737" təyyarəsi Fransada xarab olub.

 

Manset.az  report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Dövlət Departamentinin nümayəndəsi Blinkenin Fransaya uçduğu təyyarədə texniki nasazlıqlar olduğunu bildirib", - agentlik qeyd edir.

KİV ABŞ nümayəndə heyətinin Parisdən NATO-nun Brüsseldəki qərargahına avtomobillərlə getdiyini yazıb. Fransa və Belçika paytaxtları arasında təxminən 300 km məsafə var.

Xatırladaq ki, daha əvvəl - yanvarın 17-də Blinken təyyarəsindəki "kritik nasazlıq" səbəbindən əvvəlcədən planlaşdırıldığı kimi Dünya İqtisadi Forumunun (WEF) keçirildiyi Davosdan uça bilməmişdi.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin