Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

08:50 - 4 Aprel 2024

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd olunub ki, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin