Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

19:09 - 15 Aprel 2024

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Son günlərdə sentyabr ayından "Azəristiliktəchizat”ASC tərəfindən qeyri-əhaliyə satılacaq istilik təchizatı xidmətlərinin qiymətlərinin artacağı barədə xəbərlər yayılıb.

 

Manset.az xəbər verir ki,  Bizim.media məlumatı dəqiqləşdirmək üçün "Azəristiliktəchizat” ASC ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Elvin Basqallı bildirib ki, 2024-cü ilin 1 sentyabr tarixindən qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar müqavilələr üzrə həyata keçiriləcək:

"Nəzərə alaq ki, 1 sentyabr 2024-cü il tarixədək qeyri-əhaliyə bir kubmetr istilik xidməti 25 qəpiyə satılır. Bu tarixdən sonra qeyri-əhali qrupu üzrə istehlakçılarla xidmətlərin qiyməti "Azəristiliktəchizat” ASC tərəfindən müəyyən ediləcək. Bildiyiniz kimi, qeyri-əhali istehlakçı qrupu üzrə istilik təchizatı xidmətlərinə görə qiymətlər dövlət tərəfindən tənzimlənir. Ona görə də Nazirlər Kabineti tərəfindən 5 aprel 2024-cü il tarixində "Qiymətləri, tarifləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin siyahısının təsdiq edilməsi haqqında” 2005-ci ilin 28 sentyabr tarixli 178 saylı və "İstilik enerjisində istifadə qaydaları haqqında” 2023-cü ilin 5 sentyabr tarixli 303 saylı qərarlarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib”.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin