1/4 finalın bütün cütləri müəyyənləşdi - Dünya çempionatı

01:30 - 29 May 2025

1/4 finalın bütün cütləri müəyyənləşdi - Dünya çempionatı

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan qarşılaşmalarda daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.

Monteneqro Polşa üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Tailand isə Bosniya və Herseqovina ilə matçda hesabı açmasına baxmayaraq, sonradan 3 qol buraxaraq mübarizəni dayandırmalı olub. İsrail Çexiyaya böyük hesabla uduzub - 0:4. 1/8 final mərhələsinin son matçında Gürcüstan millisi Serbiyaya 3:2 hesabı ilə məğlub olub.

Dünya çempionatı

1/4 final

Macarıstan - Mavritaniya

Monteneqro - Çexiya

İngiltərə - Azərbaycan

Bosniya və Herseqovina - Serbiya

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları sabah baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv