Kriştiano Ronaldodan “Əl Nəsr”ə vida – Mətbuat konfransı keçiriləcək

09:33 - 29 May 2025

Kriştiano Ronaldodan “Əl Nəsr”ə vida – Mətbuat konfransı keçiriləcək

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo komandadan ayrılmağa hazırlaşır.


Manset.az İspaniyanın “Marca” nəşrinə istinadən xəbər verir ki, bu gün – mayın 30-da “Əl Nəsr” klubunda Ronaldonun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Tədbirdə 39 yaşlı futbolçunun klubla yollarını rəsmən ayıracağı gözlənilir.

Qeyd edək ki, Kriştiano Ronaldo yaxın günlərdə sosial media hesabında paylaşım edərək "Bu fəsil bitdi. Amma hekayə davam edir, hər şeyə görə minnətdaram" sözləri ilə azarkeşləri ilə vidalaşıb.

Portuqaliyalı ulduzun 2,5 illik “Əl Nəsr” karyerası ərzində göstərdiyi nəticələr də diqqətçəkicidir. O, 105 oyunda meydana çıxaraq 93 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Ronaldo ilə bağlı yekun qərarın mətbuat konfransından sonra rəsmi olaraq elan ediləcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv