Konfrans Liqasının bugünkü final oyununa Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə baxmaq mümkün olacaq.
Manset.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin "Çelsi" və İspaniyanın "Betis" klubları üz-üzə gələcəklər.
Oyunu Azərbaycanda "CBC Sport" kanalı, Türkiyədə isə TRT-1 kanalı canlı yayımlayacaq.
Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.