57 yaşı var, amma hamı 27 olduğunu düşünür - İllərə meydan oxuyan kişidən məsləhətlər

13:13 - 17 Aprel 2024

57 yaşı var, amma hamı 27 olduğunu düşünür - İllərə meydan oxuyan kişidən məsləhətlər

Braziliyada yaşayan 57 yaşlı Edson Brandonu görənlər onun 27 yaşında olduğunu düşünürlər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yazar, fenomen və rəqəmsal marketinq biznesinin sahibi Edson 26 fevral 1967-ci ildə anadan olub.

Edson 40 yaşı tamam olanda sağlamlığının vacibliyini və ona ciddi yanaşmaq lazım olduğunu dərk etməyə başladığını bildirib. Edson 17 ildir ki, eyni rejim ilə hərəkət etdiyini və gənc görünüşünə görə məsuliyyət daşıdığını deyib:

"Enerjili hiss edirəm. Özümü yaşlı hiss etmirəm. Bunu izah edə bilmirəm, amma özümü 30 yaşında hiss edirəm”.

O, hər gün idman zalına gedir, orada ağırlıq qaldırır və 40 dəqiqə kardio məşq edir. Həmçinin bol meyvə, tərəvəz və bol su istehlak edərək sağlam pəhriz saxlayır. Edson qocalma əleyhinə kremlər və həftədə bir dəfə istifadə etdiyi gil maskadan ibarət ciddi dəriyə qulluq rejiminə malikdir.

Edson, "Heç vaxt əməliyyat etdirməmişəm. Gənc görünməyin təbii yollarını tapmaq istəyirəm. Bəziləri deyir ki, qocalmaqdan qorxuram, amma qorxmuram. Bu, qaça bilməyəcəyimiz təbii bir prosesdir, lakin mən gənc qalmaq üçün əlimdən gələni edəcəyəm. Mən insanlara yaşınızdan asılı olmayaraq hər şeyin mümkün olduğuna dair ruhlandıracaq məzmun yaradıram" deyib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin