Matçın hakimini ilan sancdı - VİDEO

14:23 - 17 Aprel 2024

Matçın hakimini ilan sancdı - VİDEO

Serbiyada "GFS Leskovac Gornje Sinkovce" və "Radnik 2013" komandaları arasında keçirilən qarşılaşma qəribə səbəbdən qəflətən yarımçıq qalıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, matç zamanı meydanda ilan görünüb.

Matçın baş hakimi Aleksandar Gorçiç ilanın qarşısını almaq üçün ayağını onun üzərinə qoyub və onu götürüb meydandan atmaq istəyərkən ilan onu iki dəfə sancıb.

Azarkeşlər Qorçiçin cəsarətli hərəkətini alqışlarla qiymətləndiriblər.

Viral yayılan videoda bir şəxs bel çantası ilə ilanı vuraraq tarladan çıxarmağa çalışıb. Futbolçular ilanı meydandan çıxarmaq istəyərkən matç dayandırılıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin