Məşhur müğənni dünyanın 100 ən nüfuzlu adamı siyahısına düşdü - FOTO

17:43 - 17 Aprel 2024

Məşhur müğənni dünyanın 100 ən nüfuzlu adamı siyahısına düşdü - FOTO

"Barbi" filminin saundtrekini ofa edən məşhur britaniyalı müğənni Dua Lipa dünyanın 100 ən nüfuzlu adamı sırasına daxil olub.


Manset.az xəbər verir ki, TIME jurnalı dünyanın ən nüfuzlu 100 adamının siyahısını dərc edib. 

Dua Lipa onlardan biri kimi nəşrin üz qabığına çıxıb. Müəlliflər seçimlərini məşhurun ​​musiqi və aktyorluq karyerasının sürətlə yüksəlməsi, eləcə də müasir mədəniyyətə əhəmiyyətli təsiri ilə izah edirlər.

Bildiyiniz kimi, müğənninin 5 mahnısı "Billboard Hot 100 chart"ın "ilk 10-luğ"una daxil olub. Lua Lipa isə "Grammy" və "Brit" mükafatlarına layiq görülüb. Bundan əlavə, onun uğurları arasında məşhur "Barbi" filminin saundtreki və cani obrazını canlandırdığı "Argyle" adlı casus trillerindəki rolu da var.

İndi müğənni 11 hitdən ibarət yeni "Radikal Optimizm" albomu üzərində işləyir. Müğənninin sözlərinə görə, bu albom əvvəlkindən daha yetkin və ciddidir:

"Mən sadəcə fərqli bir insanam, ona görə də təbii ki, albom fərqli olacaq. İndi fərqli düşüncələrim, istəklərim, ehtiyaclarım və perspektivlərim var... Özümü həyatın indiki məqamında ən inamlı hiss edirəm", deyə sənətçi bildirib.

Jalə

Manşet.az



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin