6 otaqlı ev yanaraq külə döndü

20:55 - 17 Aprel 2024

6 otaqlı ev yanaraq külə döndü

Astarada 6 otaqlı ev yanaraq külə dönüb.

 

Manset.az  Report-a istinadən xəbər verir ki, yanğın rayonun dağlıq ərazisində, Marzəsə kəndində baş verib.

Belə ki, Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evi yanıb.

FHN Astara Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları yol olmadığından hadisə yerinə çata bilməyiblər. Nəticədə ikimərtəbəli 6 otaqlı yaşayış evi bütünlüklə yanıb.

Yanğının səbəbi araşdırılır.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin