Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı

22:42 - 17 Aprel 2024

Kvaratsxeliya

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya komandanın bugünkü məşqini buraxıb.

 

Manset.az  xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. 

23 yaşlı yarımmüdafiəçiyə qastroenterit diaqnozu qoyulub. Ona görə də futbolçu məşqə qatılmayıb. Gürcüstanlı oyunçunun “Empoli”yə qarşı matçda iştirakı da şübhə altındadı. 

Qeyd edək ki, X.Kvaratsxeliya “Napoli”də bu mövsüm 40 oyuna çıxıb, 10 qol vurub və 8 qolun ötürməsini edib. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin