İsrailin kritik vilayətə hücumu nüvə obyektlərinə zərər verdi? - İran dövlət televiziyası

10:33 - 19 Aprel 2024

İsrailin kritik vilayətə hücumu nüvə obyektlərinə zərər verdi? - İran dövlət televiziyası

İranın 300-ə yaxın raket və PUA ilə həyata keçirdiyi əməliyyatdan sonra İsrail günlərlə gözlənilən cavab hücumunu həyata keçirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tel-Əviv rəhbərliyi İranın bir çox nüvə obyektlərinin yerləşdiyi İsfahan vilayətini hədəfə alıb.

3 pilotsuz təyyarə ilə həyata keçirilən hücum dünyanı narahat edərkən, İran dövlət televiziyası nüvə obyektlərinə heç bir ziyanın olmadığını açıqlayıb.

Açıqlamada İsrailin həyata keçirdiyi hücum zamanı bölgədəki nüvə obyektlərindən heç birinin zədələnmədiyi və narahatlığa əsas olmadığı vurğulanıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin