Kamran İmanov beynəlxalq konfransda çıxış etdi

16:24 - 19 Aprel 2024

Kamran İmanov beynəlxalq konfransda çıxış etdi

2023-cü il 18-19 aprel tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT), Rusiyanın Əqi Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının birgə təşkilatçılığı ilə “Müəllif/Author - 2024” IV beynəlxalq elmi-praktiki konfransı keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirin açılışında Rospatentin rəhbəri Yuriy Zubov, UNESCO kafedrasının direktoru professor Mixail Fedotov, APT-nın prezidenti Qriqoriy İvliyev, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rusiya Federasiyasındakı ofisinin rəhbəri Pavel Spitsin, Rusiya Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya Qumerova, Cənubi Afrika Respublikasının Şirkətlər və Əqli Mülkiyyət üzrə Komissiyasının komissarı Rori Voller və başqaları çıxış ediblər.

Sonra M.Fedotovun moderatorluğu ilə konfransın plenar iclası keçirilib. İclasa onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov konfransın təşkilatçılarını və iştirakçılarını salamlayıb, bu mötəbər beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb və bu cür tədbirlərin əqli mülkiyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyini bildirib. Sonra K.İmanov “Müəlliflik, müəllifliyi qoruma hüququ və müəllif hüquqları” mövzusunda geniş məruzə ilə çıxış edib.

Məruzədə müəllifliyin fərdi töhfənin sosial-mədəni tanınması institutu olması, müəlliflik fenomeninin sosial-mədəni, yoxsa müəlliflik hüquq təsviri modelinin çərçivəsində təmsil etməyin daha səmərəliliyip, müəllifliyi qoruma hüquqlarının mahiyyəti, sənaye mülkiyyəti obyektlərinə münasibətdə müəllifin hüquqlarının qorunması, o cümlədən əqli mülkiyyət sahəsində regional inteqrasiya məsələlərinə toxunulub.

K.İmanovun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışlanıb. Tədbirin moderatoru k,imanovu həmişə olduğu kimi maraqlı və aktual mövzuya toxunduğuna görə təşəkkür edib, məruzənin Rusiyanın “Ali İqtisadiyyat Məktəbi”nin elmi jurnalında şap olunmasını tövsiyə edib.


Xəbər xətti

26 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin