Zakir Həsənov Rusiya sülhməramlılarına dair tapşırıq verdi

13:58 - 20 Aprel 2024

Zakir Həsənov Rusiya sülhməramlılarına dair tapşırıq verdi

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.

 

Manset.az xəbər verir ki, nazir bunu Quru Qoşunlarının qərargahında aprelin 20-də xidməti müşavirədə deyib.

Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş hazırda isə ölkəni tərk edən Rusiya sülhməramlı kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verib.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin