"Arsenal"dan rekord

18:00 - 21 Aprel 2024

İngiltərə Premyer Liqasının 33-cü turunda "Vulverhempton"la matç "Arsenal" üçün əlamətdar olub.

 

Manset.az  xəbər verir ki, komanda görüşdə 2:0 hesablı qələbə qazanıb. Nəticədə "Arsenal" İngiltərə Premyer Liqasında ardıcıl 6 səfər matçında qapısını toxunulmaz saxlaya bilib.

Bu isə klub rekordu deməkdir. Daha əvvəl komanda heç vaxt belə nəticə göstərməyib.

Qeyd edək ki, "Arsenal" hazırda Premyer Liqa turnir cədvəlində 1-ci yerdədir . Komanda 33 görüşdə 74 xal toplayıb.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin