Yoxsulluğu təcrübə edən milyonçu xəstəxanalıq oldu - FOTO

11:07 - 22 Aprel 2024

Yoxsulluğu təcrübə edən milyonçu xəstəxanalıq oldu - FOTO

Sərvətini bir kənara qoyaraq sıfırdan başlayıb 12 ayda 1 milyon dollar qazana biləcəyini iddia edən amerikalı milyonçu Mayk Blek xroniki yorğunluq və müxtəlif xəstəliklər nəticəsində layihəsini 2 ay tez bitirib və xəstəxanaya düşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sosial eksperimentini hər gün YouTube-da paylaşan milyonçu təcrübənin düşündüyündən də çətin olduğunu etiraf edib.

Blek ilk 3 ayda kirayə ev tutmağı bacarıb və sahibkarlıq ruhu ilə sosial mediadan pul qazanmağa başlayıb. O, 10 ayda sadəcə 64 min dollar qazana bilib.

Müvəqqəti işlərdə çalışaraq pul toplamağa çalışan Blek uzun müddət ac və susuz qaldığını, hətta küçələrdə gecələməli olduğunu videolarında açıqlayıb.

Dəbdəbəli evindən və avtomobilindən imtina edərək sıfırdan başlayan milyonçunun sosial təcrübəsinin əsas məqsədi isə zəhmətin gücünü göstərmək olub:

"Bir çox insan pandemiyada hər şeyini itirdi və depressiyaya düşdü. Mənim bir gecədə 10 milyon dollar itirən bir dostum var. Onlara ümid olmaq istəyirəm”.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin