Kraliçanın “Yaquar”ı satılır

14:18 - 22 Aprel 2024

Kraliçanın “Yaquar”ı satılır

İngiltərənin mərhum kraliçası Elizabet üçün xüsusi olaraq modifikasiya edilmiş “Yaquar” hərraca çıxarılır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kraliça “Daimler Majestic 4.0 V8 LWBV8” model avtomobilindən 2001-2006-cı illər arasında istifadə edib və 2007-ci ildə onu geri qaytarıb.

Kraliça avtomobili benzin yaşılı rənginə boyatmışdı. Çantasını qoymaq üçün xüsusi bir çanta nimçəsi də hazırlatmışdı.

Nimçə iki ön oturacaq arasında qoltuqaltına yerləşdirilmişdi. Bundan əlavə, avtomobildə James Bond filmlərində olduğu kimi əmrlər vermək üçün idarəetmə düymələri ilə işləyən təhlükəsizlik və konvoy işıqları var idi.

Avtomobilin 60 min funt sterlinqə asatılacağı gözlənilir. Avtomobil sonuncu dəfə 2013-cü ildə şəxsi kolleksiyaçıya satılıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin