Polşadan Rusiyaya “nüvə” hədəsi

17:02 - 22 Aprel 2024

Polşadan Rusiyaya “nüvə” hədəsi

Polşa öz ərazisində nüvə silahı yerləşdirməyə “hazır” olduğunu bəyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Polşa prezidenti Anjey Duda “Fakt” qəzetinə müsahibəsində öz ölkəsində nüvə silahının yerləşdirilməsi ehtimalını dəyərləndirib.

Duda bildirib ki, NATO şərq cinahını gücləndirmək qərarına gələrsə, onlar öz ərazilərində nüvə silahı yerləşdirməyə “hazırdırlar”.

Duda qeyd edib ki, Rusiya ölkənin uzaq qərbində yerləşən Kalininqrad vilayətini daha da hərbiləşdirib və bu yaxınlarda nüvə silahlarını Belarusa köçürüb.

Polşa ilə ABŞ arasında nüvə silahlarının bölüşdürülməsinin "bir müddətdir" müzakirə edildiyini ifadə edən Duda, "Müttəfiqlərimiz NATO-nun şərq cinahını gücləndirmək üçün torpağımızda nüvə silahı yerləşdirməyə qərar versələr, buna hazırıq" deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin