Səhrada nəhəng layihə - 500 milyard xərclənəcək

18:07 - 23 Aprel 2024

Səhrada nəhəng layihə - 500 milyard xərclənəcək

Səudiyyə Ərəbistanı müəssisənin miqyası və maliyyələşdirilməsi ilə bağlı fərziyyələr fonunda investorları cəlb etmək məqsədilə öz meqa-layihəsi "Neom" üçün Çində tanıtım turları təşkil edib. 

 

Manset.az xəbər verir ki, bu barədə "Business Insider" yazıb.

"Neom" rəsmiləri Çin şirkətlərinə futuristik şəhər haqqında məlumat vermək üçün Pekin, Şanxay və Honq Konqa səfər ediblər.

Heç bir sövdələşmə elan edilməyib, lakin Honq Konq Texnologiya İnnovasiyalarının İnkişafı Assosiasiyasından tədbir iştirakçısı Leonard Çan sərginin "Neom"un müəyyənləşdirilməsinə kömək etdiyini deyib. Şəxsi qəbulda iddialı layihəyə reaksiyalar əsasən neytral olub.

Qonaqlara "Neom"un layihələrinin, o cümlədən 170 km uzunluğunda "The Line" şəhər xəttinin, sənaye Oksaqonunun, Trodjena xizək kurortunun və Qırmızı dənizdəki elit Sindala adasının tikintisinin immersiv nümayişi təqdim olunub.

Bununla belə, rəsmilər meqalayihənin miqyasının mümkün azaldılması ilə bağlı son xəbərləri şərh etməyiblər. Layihə həmçinin vəsait cəlb etmək üçün ilk dəfə olaraq 1,3 milyard dollara qədər istiqraz buraxmağı planlaşdırır. Meqapolisin ümumi dəyəri 500 milyard dollar qiymətləndirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər uzunluğu 170 km olan şəhər tikmək istəyir. Burda ilkin olaraq 1,7 milyon insanın yaşayacağı gözlənilir. 

Jalə

Manşet.az
 


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin