Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını taladı - VİDEO

20:18 - 23 Aprel 2024

Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını taladı - VİDEO

İdman zalının kassasını talayaraq 12 min manat ələ keçirən mühafizəçi saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən Manset.az-a bildirilib.

Qeyd olunub ki, paytaxtın Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib. Obyektin sahibi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib.

Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib.

Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib. E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin