İngiltərədə kral atları saraydan qaçdı - FOTO

15:46 - 24 Aprel 2024

İngiltərədə kral atları saraydan qaçdı - FOTO

İngiltərənin paytaxtı Londonda kral süvari alayına aid atlar səhər saat 08:40 radələrində gündəlik məşq zamanı Hyde Park kazarmalarından qaçıblar. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qaçan heyvanlar küçələrdə maşınları görüb tamamilə idarədən çıxıblar və böyük çaxnaşmaya səbəb olublar. 

Ordu və polisin birgə əməliyyatı nəticəsində qanunsuz atların tutulduğu hadisədə 5 nəfər yaralanıb.

Əfsanə Rəcəb
Manşet.az



Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin