“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi - VİDEO

22:34 - 5 May 2024

“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi - VİDEO

Türkiyə Super Liqasının 35-ci tur çərçivəsində keçirilən görüşdə “Qalatasaray” doğma meydanda “Sivasspor”u qəbul edib.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki,  xəbər verir ki, oyuna gözlənildiyi kimi daha fəal başlayan “sarı-qırmızılar” hesabı 11-ci dəqiqədə açıblar. Hakim Ziyeş azarkeşləri coşdurub - 1:0. 38-ci dəqiqədə Dris Mertens fərqi artırıb -2:0. Məğlubiyyətlə barışmayan “Sivasspor” futbolçuları fərqi azaldıblar. 54-cü dəqiqədə Caner Osmanpaşa Rey Manayen ötürməsini məntiqli sonluqla tamamlayıb - 1:2. 59-cu dəqiqədə səhnəyə çıxan argentinalı ulduz Mauro İkardi fərqi artırıb - 3:1. Bir dəqiqə sonra Hakim Ziyeş dubl müəllifi olub - 4:1. 73-cü dəqiqədə Dris Mertens komandasını 5-ci, özünün 2-ci qolunu vurub - 5:1. Mauro İkardi 85-ci dəqiqədə dubl edərək görüşdə son nöqtəni qoyub - 6:1.

Qeyd edək ki, 35 turdan sonra aktivində 96 xalı olan “Qalatasaray” liderliyini davam etdirir. “Sivasspor” 48 xalla 7-cidir.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin