Kürdəmir və Saatlıda bəzi əraziləri su basdı - VİDEO

21:34 - 17 May 2024

Kürdəmir və Saatlıda bəzi əraziləri su basdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Kürdəmir və Saatlı şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

 

Bu barədə Manset.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bununla əlaqədar ərazilərə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin