Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi
18 May 2024
16:21 - 5 May 2024
Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb.
Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə “CTK” agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlik agentliyin müvafiq sualını cavablandıraraq bildirib ki, Pivonka mayın sonunda səfir postunu tərk edəcək.
Çexiyanın xarici işlər naziri Yan Lipavski bundan əvvəl Moskvada görülən işlərə görə ona minnətdarlığını bildirmişdi.
Pivonka Praqaya getdikdən sonra Çexiyanın Rusiya Federasiyasındakı səfirliyinə faktiki olaraq müvəqqəti işlər vəkili Yan Ondrjeyka rəhbərlik edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin